David Tonoyan yolun sonuna gəldibackend

David Tonoyan yolun sonuna gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın vaxtlarda Ermənistan Müdafiə Nazirliyinin keçmiş məmurlarına qarşı açılan cinayət işində maraqlı hadisələrin baş verəcəyi gözlənilir.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, belə bir iddia ilə “Joğavurd” qəzeti çıxış edib.

Nəşrin məlumatına görə, məhkəmə bu günlərdə Müdafiə Nazirliyinin sabiq məmurlarının vəkillərini çağıraraq, qərarın qəbul edildiyini və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sabiq müdafiə naziri David Tonoyan və digər rəsmi şəxslər cinayət işinə baxacağını bildirib.

“Həbsdə olan Silahlı Qüvvələrin məmurları Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin cinayət işini hansı hakimə təyin edəcəyini gözləyirlər. Bu vəziyyətə paralel olaraq İrəvanın “Kentron” Cəzaçəkmə Müəssisəsində saxlanılan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin sabiq müavini Stepan Qalstyan Penitensiar Tibb Mərkəzinin direktoru Kamo Manukyana müraciət edib. O, səhhətindəki problemlə bağlı müayinə üçün xəstəxanaya köçürülməsini xahiş edib. 1,5 ay keçib, lakin Penitensiar Tibb Mərkəzindən Stepan Qalstyanın məktubuna heç bir şəkildə cavab verilməyib.

Xatırladaq ki, sursatların, xüsusən də keyfiyyətsiz, istifadəyə yararsız raketlərin alınması prosesində baş verən sui-istifadə halları ilə bağlı Ermənistan MTX-NİN istintaq şöbəsində cinayət işi başlanıb. Cinayət işi çərçivəsində keçmiş müdafiə naziri David Tonoyan, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini Stepan Qalstyan, biznesmen David Qalstyan daxil olmaqla 7 nəfərə qarşı ittiham irəli sürülüb.

Qeyd edək ki, David Qalstyan, silah tədarükü ilə məşğul olan “Patron Davo” kimi tanınan silah tədarükçüsüdür. Bununla belə, Qalstyan hələ də azadlıqdadır”.