Qarabağ separatçıları: Qızıl mədənlərində monitorinqə hazırıq, amma Azərbaycanla yoxbackend

Qarabağ separatçıları: Qızıl mədənlərində monitorinqə hazırıq, amma Azərbaycanla yox

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Laçın, sabah Sevan, Azərbaycanın istəyinin həddi-hüdudu yoxdur”.

NOCOMMENT konkret-ə istinadən xəbər verir ki, bunu Qarabağdakı qondarma qurumun deputatı David Qalstyan erməni mediasına müsahibəsində bildirib.

“Azərbaycanın hazırkı tələblərinin yerinə yetirilən kimi və Laçın dəhlizi açıldığı bir vaxtda, Bakı ən qısa zamanda yeni tələbi formalaşdıracaq.

Bu gün buna ancaq Ermənistan müqavimət göstərə bilər.

Qarabağın müstəqilliyinin tanınması məsələsi Ermənistan parlamentinin gündəliyində olmalıdır.

Ermənistan hakimiyyəti Artsax respublikası ifadəsini işlətməkdən yayınır, öz müqəddəratını təyin etməkdən danışmır. Sadəcə olaraq xalqın fiziki təhlükəsizliyindən və barın aşağı salınmasından danışır, lakin bunu müdafiə edə bilmirlər.

Bu gün biz Nikol Paşinyanın hakimiyyətinin acı bəhrələrini yığırıq. Qarabağ məsələsi həll olunandan sonra Azərbaycan Ermənistana yeni tələb irəli sürəcək.

Əgər Nikol Paşinyan adekvat addım ata bilmirsə, o zaman erməni xalqının xilası məsələsi ilə başqa qüvvələrin məşğul olmasına imkan verməlidir”, – deyə o sərsəmləyib.

O bildirib ki, onlar “təkcə Ağdərədə deyil, həm də regionda beynəlxalq monitorinq qrupunu qəbul etməyə hazırdırlar”.

Qalstyanın çərənləmələrinə görə, Qarabağ hökuməti azərbaycanlıların birtərəfli qaydada hər hansı addım atmasına imkan vermək fikrində deyil. Çünki Ağdərədəki filiz yatağı Qarabağ ərazisində yerləşir və orada monitorinq aparmaq hüququna yalnız Qarabağ hökuməti iddia edə bilər.

“Daşnakatsütyun” fraksiyasının rəhbəri Artur Mosiyan isə deyib: “Bu qərara Azərbaycanın ətraf mühit fəallarının hər hansı nailiyyətləri və ya uğurları kontekstində baxmaq olmaz. Bu, güzəşt deyil, bu, xoş niyyətin təzahürüdür. Bu, ümumiyyətlə, ekoloji təhlükəsizlik məsələsində bizim hazırlığımızdır.

Biz bu məsələni ən yüksək səviyyədə həyata keçirməyə hazırıq, lakin Azərbaycanla yox”.