Dayanacaqlardan Milliön terminalları niyə yığışdırılır? – AÇIQLAMAbackend

Dayanacaqlardan Milliön terminalları niyə yığışdırılır? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar Milliön terminallarının yerləşdirilidiyi əsas dayanacaqlardan yığışdırılması vətəndaşlar arasında narazılığa səbəb olub.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, vətəndaşların dəfələrlə cavabdeh şəxslərlə əlaqə saxlamağına baxmayaraq, kənar müdaxilələr əsas gətirilərək yeni terminallar yerləşdirilmir. Son günlər isə 65, 85 və digər marşrut xətlərinin sonuncu dayanacaq məntəqələrindən də terminalların yığışdırıldığı bildirilir.

Mövzu ilə bağlı “Xaliq Faiqoğlu” şirkətinin mətbuat katibi Nizam Rzayev bildirib ki, xeyli vaxtdır paytaxtın müxtəlif yerlərində quraşdırılmış ödəniş aparatları sökülərək götürülür: “Artıq avtobus xətllərinin son dayanacaqlarındakı aparatların da sökülərək götürülməsini müşahidə edirik. Təəssüf ki, sökülən qirğuların yerinə yeniləri quraşdırılmır. Bu məsələ ilə bağlı dəfələrlə aidiyyəti qutumlara müraciət etmişik. Aparatların quraşdırılması, onlara nəzarət və texniki xidmətin göstərilməsi daşıyıcı şirkətin səlahiyyətində olan məsələ deyil.”