Dəniz quldurları Türkiyə gəmisini ələ keçirdi – Azərbaycanlı öldürüldü – FOTObackend

Dəniz quldurları Türkiyə gəmisini ələ keçirdi – Azərbaycanlı öldürüldü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qvineya körfəzində Türkiyəyə məxsus “Mozart” konteyner gəmisi nigeriyalı dəniz quldurları tərəfindən ələ keçirilib.

NOCOMMENT.az Türkiyə mediasına istinadən xəbər verir ki, gəmiyə daxil olan quldurlar 2-ci mühəndis, azərbaycanlı Fərman İsmayılovu qətlə yetirib, 15 nəfəri isə qaçırıb. 4-cü mühəndis Furkan Yaren, baş mühəndis Süha Tatlıgül və 1 nəfər neftçi isə “Mozart”da buraxılıb.

Yaren piratların naviqasiya cihazlarını sökdüyünü və kor-koranə şəkildə gəmini sürdüyünü bildirib. Gəmiyə basqınla əlaqədar lazımi qurumlara məlumat verilib.

Dəniz quldurlarının sövdələşmə üçün gözlədikləri deyilir. Qeyd edək ki, konteyner gəmisi Cənubi Afrika Respublikasına doğru üzüb. 

“Qafqazinfo”