DEPUTAT: Gündəlik yoluxma statistikası insanlara maraqlı deyilbackend

DEPUTAT: Gündəlik yoluxma statistikası insanlara maraqlı deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda gündəlik yoluxma sayının minimuma enməsi, karantin rejiminin ləğv olunması koronovirus pandemiyasının gündəmdən düşməsinə səbəb oldu.

Artıq Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqladığı gündəlik yoluxma statistikasına diqqət edən, paylaşan və bununla maraqlanan vətəndaşların sayı yox deyiləcək qədər azdır. Vəziyyət o həddə çatıb ki, sosial şəbəkələrdə fikirlərini qeyd edənlər koronavirusa gündəlik yoluxma statistikasının açıqlanmamasını, yaxud həftəlik rəqəmlərin təqdim edilməsi təkliflərini irəli sürürlər. Operativ Qərargahın isə bununla əlaqədar hələlik bir qərarı yoxdur.

NOCOMMENT xəbər verir ki, əhalinin təklifi haqqında modern.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, həkim-deputat Məlahət İbrahimqızı məsələnin qaldırılmasını düzgün hesab etdiyini vurğulayıb.

Deputat qeyd edib ki, koronavirusa yoluxma statistikasının gündəlik təqdim edilməsi artıq ictimaiyyət üçün maraqlı deyil: “Ona görə, gündəlik deyil, həftəlik yoluxma sayının açıqlanması məqsədəuyğun olardı. Amma onu da vurğulamaq yerinə düşər ki, bəlkə də bu hesabatlılıq beynəlxalq standartdan irəli gəlir. Koronovirusun pandemiya olduğunu nəzərə almalıyıq. Məhz buna görə, ola bilər, Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun olaraq, gündəlik hesabat verilməlidir.

İstənilən halda ictimaiyyətin təklifi də anlaşılandır və qaldırılması mümkündür. Operativ Qərargahın iş prinsipinə də zidd deyilsə, yoluxma sayı həftəlik açıqlana bilər”.