DEPUTAT: Ölkədə savadsızlıq tüğyan edirbackend

DEPUTAT: Ölkədə savadsızlıq tüğyan edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Peşə məktəblərində təhsil alan oğlanları ilin ortasında hərbi xidmətə çağırırlar. Onlar əsgərliyi başa vurduqdan sonra qayıdıb oxumalıdırlar”.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Etibar Əliyev deyib. O bildirib ki, peşə məktəblərinə qəbul olanların əksəriyyəti hərbi xidmətdən geri qayıtdıqdan sonra təhsilini davam etdirmir.

“Təhsil Nazirliyi yanında Peşə Təhsili Agentliyinin yaranması peşə təhsilinin inkişafına təkan verdi. Amma bir müddət sonra durğunluq yarandı. Belə ki, altı il ərzində agentliyin 5 direktoru dəyişib. Bu idarəetmədə ciddi boşluqların yaranmasına səbəb olub. Bu il 11-ci sinif olan 92673 şagirddən 23650 nəfəri 0-50 arasında bal toplayıb. Ölkədə savadsızlıq tüğyan edir. Fərz edək bu şəxslər peşə məktəbinə üz tutdular, onda orada necə təhsil alacaqlar?”, – deyə deputat çıxışında vurğulayıb.

Milli Məclisin sədri Sahibə Qafarova isə deputatın Azərbaycanda savadsızlığın tüğyan etməsinə dair fikri ilə razılaşmadığını söyləyib. Spiker Azərbaycanda təhsilin inkişafı ilə əlaqədar kifayət qədər işlərin görüldüyünü xatırladıb.