Deputata məxsus olduğu deyilən şirkət üçün cərimə təhlükəsibackend

Deputata məxsus olduğu deyilən şirkət üçün cərimə təhlükəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kontakt Home” ticarət nişanının sahibi “ABC-Telecom” MMC barəsində inzibati iş başlanıb.

NOCOMMENT.az Valyuta.az-a istinadən xəbər verir ki,şirkət İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə ittiham edilir.

İş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

347-ci maddəyə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

“ABC-Telecom” MMC 11 oktyabr 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 000 AZN olan şirkətin qanuni təmsilçisi İsrafilzadə Həsən Fazil oğludur.

Mobil telefon və məişət texnikasının satışını həyata keçirən şirkətin sahibi kimi isə deputat Elnur Allahverdiyevdir.

O, 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputat mandatı qazanıb.