Bakıda tanınmış restoran cərimələnə bilər  – FOTObackend

Bakıda tanınmış restoran cərimələnə bilər  – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Restoran sahəsində fəalliyyət göstərən “Neshve Baku” MMC siyasi, sosial və əmək hüquqları əleyhinə olan iki inzibati xəta protokolu tərtib olunub.

NOCOMMENT.az valyuta.az-a istinadən xəbər verir ki,Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək qanunvericiliyinin pozulması) və 198.3-cü ( Əməyin mühafizəsi qaydalarının pozulması) maddələri ilə irəli sürülüb.

Restoranın icraçı direktoru, qanuni təmsilçisi Eldar Rəfiyev Sabir oğlu nazirliyin qərarından məhkəməyə şikayət edib.

İş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Orxan Məmmədlinin icraatındadır.

Məhkəmə nazirliyin protokolun təsdiqləyərsə “NESHVE_BAKU” Məhdud Məsuliyyətli Cəmiyyəti 4 000 manatdan 6 000 manatadək məbləğdə cərimə edilə bilər.

Qeyd edək ki, “NESHVE_BAKU” Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 18035.89 manat vergi borcu var.