Deputatın oğlunun ölkədən çıxışına qadağa qoyula bilərbackend

Deputatın oğlunun ölkədən çıxışına qadağa qoyula bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsi Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalının oğlu Elçin Ağamalı barəsində məhkəmə iddiası qaldırıb.

NOCOMMENT.az xəbər verir ki, məhkəmə iclasının 29 dekabr 2023-cü il tarixində Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın sədrliyi ilə keçiriləcəyi bildirilir.

Məlumat üçün bildirək ki, məhkəmə iddiası vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə mübahisələrlə bağlıdır.

Qeyd edək ki, barəsində iddia qaldırılan Elçin Ağamalı “La Vida” MMC (VÖEN – 1300688461) və “Altus” MMC (VÖEN – 1500060221) adlı şirkətlərə rəhbərlik edir.
Hazırda (21.12.2023-ci il tarixinə) “La Vida” MMC-nin dövlət büdcəsinə 247 manat 33 qəpik, “Altus” MMC-nin isə 1448 manat 13 qəpik vergi borcu var.

“La Vida” MMC 13 dekabr 2004-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Teymur Əliyev, ev 67/71, m. 114-də yerləşir.

“Altus” MMC isə 09 aprel 2003-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, ev 112, m. 10-da yerləşir.

Onu da bildirək ki, ötən il Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Nəsimi rayonu, 999-cu məhəllə, Akademik Həsən Əliyev küçəsi 12 D ünvanında yerləşəcək ümumi sahəsi 617,24 kv. metr olan obyektin tikintisi üçün Fəzail Ağamalının qızı Günay Ağamalıya icazə verib./Yeniavaz.com