Dezo yayan Ovannisyanın ayaqları tutulub? – FOTObackend

Dezo yayan Ovannisyanın ayaqları tutulub? – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edən müharibə zamanı yalan məlumatlar yayaraq öz vətəndaşlarını inandırmağa çalışan Ermənistan Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi Artsrun Ovannisyanla bağlı sosial şəbəkələrdə yeni görüntü yayılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Hazırda Almaniyanın Frankfurt şəhərində yaşayan Ovannisyanın əlil arabasında oturaq vəziyətdə çəkilən fotosu qalmaqala səbəb olub.

“Zavallıya baxın, başqa bir formada yenə manipulyasiyaya edir. Bu addımla şəxsinə qarşı xalqın mərhəmətini oyatmağa çalışır. Əlil olduğunu söyləyirlər. Təəssüf ki, bu, şəkillər kateqoriyasından bir şəkildir. Yenə xalqı aldadır”, – məlumatda deyilir.
Publika.az