Türkiyənin İstanbul şəhərindəki tarixi Bəyazid Meydanında “Can Azərbaycana canımız fəda” şüarı ilə aksiya keçirilib.
NOCOMMENT.az xəbər verir ki, aksiyada Türkiyədə yaşayan, təhsil alan həmvətənlərimiz və qardaş ölkənin nümayəndələri iştirak ediblər.
Aksiyada Azərbaycan və Türkiyə bayraqları qaldırılıb. “Qarabağ Azərbaycanındır”, “Ar olsun Ermənistana”, “Qarabağa ədalət” şüarları səsləndirilib.











