DİQQƏT: Türkiyə BMM Azərbaycana ordu göndərilməsini SABAH TƏSDİQ EDƏCƏKbackend

DİQQƏT: Türkiyə BMM Azərbaycana ordu göndərilməsini SABAH TƏSDİQ EDƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi bu gün Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə təqdim olunub.

NOCOMMENT.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisi Azərbaycan üçün xüsus gün olan – 17 noyabr Milli Dirçəliş Günü münasibətilə sənədi təsdiq edəcək.

Bu barədə məlumatı TÜRKSAM-ın sədri Sinan Oğan AzTV-yə müsahibəsində bildirib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə göndərilən qanun layihəsində dost və qardaş ölkə olan Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək üçün apardığı mübarizəsinin illərdir davam etdiyi qeyd olunub.
Layihəyə əsasən,Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.

Türkiyə BMM