Dövlət katibi xoş qarşılanmadı: “Türkiyədən get!”backend

Dövlət katibi xoş qarşılanmadı: “Türkiyədən get!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə Ana Vətən Partiyası ABŞ dövlət katibi Antoni Blinkenin ölkəyə səfərinə etiraz olaraq aksiya keçirməyi planlaşdırır.

NOCOMMENT.az publika.az-a istinadən xəbər verir ki, verilən mesajda dövlət rəsmisinin ünvanına kəskin ifadələr ifadələr işlədilib.

“Dünyanın ən böyük terror dövləti, ABŞ-ın nümayəndəsi Blinken, Türkiyədən get!” – mesajda qeyd olunub.

Bildirilib ki, aksiya İstanbulda Üsküdar meydanında saat 14:00-da baş tutacaq.

Xatırladaq ki, Blinken İsveç Xarici İşlər Nazirliyinin rəhbəri Tobias Billström ilə telefon danışığını təsdiqləyib. Dövlət Departamentinin rəhbəri həmçinin İsveçin Şimali Atlantika Alyansına ABŞ-ın qoşulması ilə bağlı sənədlərin ratifikasiyasına dəstəyini təsdiqləyib və vurğulayıb ki, ölkənin NATO-ya daxil olması bütün müttəfiqlərin xeyrinə ola bilər.