DTX-nin həbs etdiyi Nəzakət Məmmədova haqda qərar…backend

DTX-nin həbs etdiyi Nəzakət Məmmədova haqda qərar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici ölkəyə casusluqda ittiham olunan politoloq Nəzakət Məmmədovanın haqqında həbs qətimkan tədbirinin müddəti növbəti dəfə uzadılıb.

NOCOMMENT.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsinin spikeri Rəna Qafarova məlumat verib.

“Mart ayının 15-də istintaq orqanının təqdimatına baxılıb və onun barəsində həbs qətimkan tədbirinin müddəti Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 159.2 maddəsinə əsasən (xüsusilə ağır cinayətlər üzrə – red.) 5 ay uzadılıb”, – R. Qafarova bildirib.

Qeyd edək ki, bundan əvvəl ötən il noyabrın 19-da keçirilən məhkəmə iclası zamanı Nəzakət Məmmədovanın həbs müddəti 4 ay uzadılmışdı.

Nəzakət Məmmədova ötən ilin 20 oktyabrında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, casusluq etməkdə ittiham olunur və ona qarşı dövlətə xəyanət maddəsi irəli sürülüb.