Meksika Dubayın yerini almaq üçün hərəkətə keçib.
NOCOMMENT.az xəbər verir ki, Meksika qızıl hasilatı və ticarətində daha böyük pay əldə etmək üçün qlobal bazarda mövqeyini gücləndirməyə çalışır. Məqsəd isə bu sahədə dünyanın əsas mərkəzlərindən sayılan Dubayın yerini tutmaqdır.
Məlumata görə, ölkə xüsusilə Sakatekas bölgəsində yerləşən Penasquito kimi iri yataqlar hesabına qızıl istehsalını artırır. Bu yataq ABŞ-yə məxsus şirkət tərəfindən idarə olunur və hər il milyardlarla dollar gəlir gətirir.
Buna baxmayaraq, əldə olunan qazancın əsas hissəsi yerli iqtisadiyyatda qalmır və xarici şirkətlərin nəzarətində olur. Bu isə Meksikanın zəngin təbii ehtiyatlarına baxmayaraq, gözlənilən iqtisadi faydanı tam əldə edə bilməməsi ilə nəticələnir.
Qeyd olunur ki, ölkə həm hasilat həcmini artırmaq, həm də qızıl ticarətində daha böyük rol oynamaq üçün yeni addımlar atmağa hazırlaşır./metbuat.az/










