Duda Rusiyanın Polşaya hücumu ehtimalını qiymətləndiribbackend

Duda Rusiyanın Polşaya hücumu ehtimalını qiymətləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa prezidenti Andjey Duda hesab edir ki, yaxın bir neçə ildə respublikaya Rusiyadan birbaşa hücum təhlükəsi yoxdur.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Dziennik Gazety Prawnej” qəzeti yazıb.

Nəşrin jurnalisti Polşa prezidentinə yaxın illərdə Rusiya Federasiyasının Polşaya hücumunu mümkün hesab edib-etmədiyini soruşub.

“Heç bir təhlükənin olmadığını deyə bilmərik. Eyni zamanda, Rusiyanın Polşaya hücumundan xəbər vermək realdırmı? Xeyr, – Duda cavab verdi.

Ölkə liderinin fikrincə, Varşava öz müdafiə potensialını gücləndirərsə, “təcavüzə müqavimət göstərə” bilər.