Dünənki partlayışda xəsarət alanların son vəziyyəti açıqlandı

Dünənki partlayışda xəsarət alanların son vəziyyəti açıqlandı

Ötən gün “AFEN Plaza”da baş verən partlayışda xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.

 

TƏBİB-dən NOCOMMENT.az-a verilən məlumata görə, 09:00 radələrində Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi səbəbilə xəsarət alan 5 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

 

Onlardan 1 nəfərə (kişi) termiki yanıq, 4 nəfərə isə (1-i kişi, 3-ü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin olunub.

 

Xəsarət almış 4 nəfərə zəruri tibbi yardım göstərildikən sonra ambulator müalicə üçün evə buraxılıblar.

 

1 nəfər isə aidiyyəti üzrə tibb müəssisəsinə yönləndirilib.

Bizim Telegram səhifəsinə abunə olun