DƏHŞƏT! 3 yaşlı uşağı 9-cu mərtəbədən atdı - Bu ölkədə/FOTO

DƏHŞƏT! 3 yaşlı uşağı 9-cu mərtəbədən atdı - Bu ölkədə/FOTO

Rusiyanın Kalininqrad şəhərində sarsıdıcı hadisə baş verib. Şəhərin Leninqrad rayonunda yerləşən çoxmərtəbəli binalardan birinin pəncərəsinin önündə iki qadın və bir uşağın meyiti aşkar edilib. Araşdırmalar nəticəsində məlum olub ki, həyatını itirənlər 70 yaşlı nənə, 41 yaşlı ana və 3 yaşlı uşaqdır.

NOCOMMENT.az xəbər verir ki, ailə həmin binada kirayə mənzildə yaşayırmış. İlkin versiyaya görə, qadınlar əvvəlcə 3 yaşlı uşağı 9-cu mərtəbədən aşağı atıb, daha sonra isə hər ikisi pəncərədən tullanaraq intihar ediblər.

Məlumata görə, 70 yaşlı nənəyə şizofreniya diaqnozu qoyulubmuş.

Hazırda hadisə yerində İstintaq Komitəsinin müstəntiqləri çalışır və hadisənin bütün təfərrüatları araşdırılır. Faktla bağlı cinayət işi açılıb.

Bizim Telegram səhifəsinə abunə olun