Paşinyan Bakıya gəlmək istəyir — Bu tarixdə

Paşinyan Bakıya gəlmək istəyir — Bu tarixdə

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Siyasi Birliyi Sammitində çıxışı zamanı Azərbaycana mümkün səfəri ilə bağlı diqqətçəkən bəyanat verib. Baş nazir 2028-ci ildə keçiriləcək sammitdə iştirak etmək üçün Bakıya səfər edəcəyinə ümidvar olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, Paşinyan Ermənistan və Azərbaycanın gələcək sammitlərə ev sahibliyi məsələsində bir-birinin namizədliyini qarşılıqlı şəkildə dəstəklədiyini xatırladıb. O, həmçinin Avropa Siyasi Birliyi platformasının regional təmaslardakı əhəmiyyətini vurğulayaraq, Türkiyə Prezidenti ilə ilk görüşünün məhz bu formatda baş tutduğunu qeyd edib.

Bundan əlavə, Baş nazir Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın İrəvana səfərini mühüm hadisə kimi dəyərləndirərək, onun Ermənistana səfər edən ilk Türkiyə vitse-prezidenti olduğunu vurğulayıb.

Bizim Telegram səhifəsinə abunə olun