Dünya Bankının prezidentliyinə yeganə namizəd Ajay Banqabackend

Dünya Bankının prezidentliyinə yeganə namizəd Ajay Banqa

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya Bankı Qrupunun İcraçı Direktorlar Şurası başqa namizədlər irəli sürülmədiyi üçün ABŞ-ın namizədi Ajay Banqanın namizədliyini nəzərdən keçirəcək.

NOCOMMENT.az xəbər verir ki, Dünya Bankının yaydığı bəyanatda Dünya Bankı Qrupunun prezidentliyinə namizədlərin irəli sürülməsi müddətinin martın 29-da başa çatdığı bildirilib.

Açıqlamada prosedurlara uyğun olaraq prezidentliyə namizədlə rəsmi müsahibənin keçiriləcəyi, sədr seçkisinin vaxtında başa çatdırılmasının gözlənildiyi bildirilib.

Qeyd edək ki, Dünya Bankının prezidenti Devid Malpass fevral ayında dörd illik vəzifəsindən istefa verəcəyini açıqlamışdı.

NOCOMMENT.AZ