Dünya bazarlarında neft ucuzlaşıb, təbii qaz isə bahalaşıbbackend

Dünya bazarlarında neft ucuzlaşıb, təbii qaz isə bahalaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin fevral müqaviləsinin dəyəri 0,61% azalaraq 1 barelə görə 50,60 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında gələn ilin fevralında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,73% azalaraq 47,62 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, gələn ilin fevralında çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,19% artaraq 2,705 ABŞ dolları təşkil edib.