Dünya bazarlarında neft və qaz bahalaşıbbackend

Dünya bazarlarında neft və qaz bahalaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair gələn ilin yanvar müqaviləsinin dəyəri 0,85% artaraq 1 barelə görə 73,70 dollar təşkil edib.

NOCOMMENT-in xəbərinə görə, Nyu Yorkun NYMEX əmtəə birjasında gələn ilin yanvarında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 1,11% artaraq 70,26 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, gələn ilin yanvar ayında çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 2,27% artaraq 3,74 ABŞ dolları təşkil edib.