İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin noyabr müqaviləsinin dəyəri 0,36% artaraq 1 barelə görə 41,59 dollar təşkil edib.
NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında noyabrda ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 0,48% artaraq 39,50 dollar təşkil edib.
Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, noyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,36% artaraq 1,86 ABŞ dolları təşkil edib.