İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin yanvar müqaviləsinin dəyəri 1,1% artaraq 1 barelə görə 44,09 dollar təşkil edib.
NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında dekabrda ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 1,16% artaraq 41,84 dollar təşkil edib.
Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, dekabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,88% artaraq 2,971 ABŞ dolları təşkil edib.