Dünya bazarlarında neft yenidən ucuzlaşıb, təbii qazın bahalaşması isə davam edirbackend

Dünya bazarlarında neft yenidən ucuzlaşıb, təbii qazın bahalaşması isə davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin yanvar müqaviləsinin dəyəri 1,33% azalaraq 1 barelə görə 42,95 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında dekabrda ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 1,7% azalaraq 40,42 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, dekabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,24% artaraq 2,957 ABŞ dolları təşkil edib.