Dünya Kubokunda silahlı hücum: 2 ölü, 6 yaralıbackend

Dünya Kubokunda silahlı hücum: 2 ölü, 6 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Zelandiyanın Oklend şəhərinin mərkəzində FİFA qadınlararası dünya çempionatının başlamasına saatlar qalmış silahlı atışma baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə nəticəsində iki nəfər həlak olub.

Şəhərin mərkəzindəki tikinti sahəsində baş verən insidentdə polis də daxil olmaqla 6 nəfər yaralanıb, silahlı şəxs isə öldürülüb.

Baş nazir Kris Hipkins hücumun terror hadisəsi kimi qiymətləndirilmədiyini və turnirin planlaşdırıldığı kimi başlayacağını bildirib.

Hipkins polisin təhlükəni zərərsizləşdirdiyinə ictimaiyyəti arxayınlaşdıraraq, davam edən risklərin olmadığını vurğuladı. Baş nazir hücumun arxasında heç bir siyasi və ya ideoloji motivin müəyyən edilmədiyini bildirib.