Kolumbiyanın “Milyonarios” klubunun gənclər komandasının 18 yaşlı futbolçusu Santyaqo Kastrilyon matç zamanı huşunu itirdikdən sonra ölüb.
NOCOMMENT.az xəbər verir ki , bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, idmançı 20 yaşadək futbolçular (U-20) arasında keçirilən yarış zamanı huşunu itirib. Ona dərhal komandanın həkimləri tərəfindən yardım göstərilib. Bundan sonra o, kardiologiya üzrə ixtisaslaşdırılmış xəstəxanaya çatdırılıb:
“Həkimlərin səylərinə baxmayaraq, Santyaqonun həyatını xilas etmək mümkün olmayıb”.
Qeyd edilir ki, gənc futbolçu yanvarda Boqotada Kolumbiyanın 19 yaşadək milli komandasının (U-19) toplanışına dəvət olunubmuş. /KONKRET.az/











