İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə imzalanan qarşılıqlı anlaşma memorandumunun Tehran üçün son dərəcə sərfəli olduğunu bəyan edib.
NOCOMMENT.az Mehr agentliyinə istinadən xəbər verir ki, İran dövlət başçısı sənədin bütün müddəalarının ölkənin maraqlarına cavab verdiyini vurğulayıb.
Prezidentin sözlərinə görə, razılaşmanın ən mühüm nəticələrindən biri İrana məxsus olan və Qətərdə dondurulmuş 6 milyard dolların geri qaytarılmasıdır. Pezeşkian bu danışıqlardan ən çox narahat olan tərəfin İsrailin Baş naziri Binyamin Netanyahu olduğunu xüsusi qeyd edib.
Nüvə məsələsinə də toxunan Pezeşkian bildirib ki, ABŞ-ın yeganə narahatlığı İranın atom bombası əldə etməsi ilə bağlıdır: “Mərhum Lider dəfələrlə bəyan edib ki, bizə nüvə bombası lazım deyil. Amerikalılar bizə dedilər ki, bunu yazılı şəkildə ifadə edib imzalayın, biz də imzaladıq”.
Əli Səfərli











