73 yaşlı Rusiya prezidenti Vladimir Putinin gənc və enerjili qalmaq üçün istifadə etdiyi üsullar qlobal xəbərə çevrilib. İddialara görə, Rusiya lideri mütəmadi olaraq bədənin dondurucu temperaturda saxlandığı xüsusi “kriyoterapiya” otaqlarında vaxt keçirir.
NOCOMMENT.az xəbər verir ki, onun bu məqsədlə kriyoterapiya seanslarına qatıldığı və 150 il yaşamaq istədiyi bildirilir.
Britaniya mətbuatında yayılan xəbərlərə əsasən, Putin qocalmanın təsirini azaltmaq üçün temperaturu -112,2 dərəcə Selsi olan kriyoterapiya kameralarında vaxt keçirir.
Rusiya liderinin uzunömürlülüklə bağlı araşdırmalara təxminən 60 milyard manat ekvivalentində büdcə ayırdığı da iddia olunur. Bundan əlavə, o, rusiyalı alimlərə bu sahədə yeni biotexnoloji həllər hazırlamağı tapşırıb.
Bu tədqiqatlara 3D printerlərdən istifadə edərək canlı toxumaların istehsalını hədəfləyən bioprinting texnologiyası, həmçinin canlı hüceyrələrin, toxumaların və ya orqanların bir növdən digərinə köçürülməsi prosesi olan ksenotransplantasiya daxildir.
Əli,











