ABŞ Ermənistana nadir hallarda paylaşdığı texnologiyaları verəcək — Vens

ABŞ Ermənistana nadir hallarda paylaşdığı texnologiyaları verəcək — Vens

“Vaşinqton öz qabaqcıl texnologiyalarını çox nadir hallarda digər ölkələrlə bölüşür”.

NOCOMMENT.az xəbər verir ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşdən sonra açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan bu istisnalardan biridir və bu qərar rəsmi İrəvanın mövqeyi və siyasi kursu ilə bağlıdır:

“Ölkəmiz öz texnologiyalarının digər dövlətlərə ötürülməsi ilə bağlı son dərəcə nadir hallarda qərar verir. Ermənistanla bağlı bu addımı atmağımıza baş nazirinizin rəhbərliyi altında aparılan siyasət və mövqe əsas verir”.

ABŞ vitse-prezidenti qeyd edib ki, bu əməkdaşlıq iki ölkə arasında etimadın və strateji tərəfdaşlığın göstəricisidir.

Onun fikrincə, bu addım Ermənistanın təhlükəsizlik və texnoloji potensialının gücləndirilməsinə xidmət edəcək.

Müşahidəçilər hesab edirlər ki, bu qərar ABŞ-nin regionda mövqelərini möhkəmləndirmək və İrəvanla əlaqələri daha da dərinləşdirmək niyyətindən xəbər verir.

Sara