Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Tufan Erhürman 10 iyul 2026-cı il tarixində axşam saatlarında xəstəxanaya yerləşdirilib.
NOCOMMENT.az xəbər verir ki, Prezident paytaxt Nikosiyadakı keçmiş Prezident sarayında keçirilən “Resmin Kamusal Hafızası” adlı sərginin açılışında iştirak edərkən özünü narahat hiss edib. Hadisə yerinə dərhal təcili yardım çağırılıb və dövlət başçısı Dr. Burhan Nalbantoğlu Dövlət Xəstəxanasının Kardiologiya şöbəsinə çatdırılıb.
ŞKTR Prezident Administrasiyasının yaydığı rəsmi açıqlamaya əsasən, narahatlığa səbəb Tufan Erhürmanın qan təzyiqinin aşağı düşməsi olub. İlkin tibbi müayinə və müdaxilədən sonra prezidentin səhhətinin hazırda yaxşı olduğu bildirilib.
Tunar,











