Ruzanna Məmmədova Avropa çempionu oldu

Ruzanna Məmmədova Avropa çempionu oldu

Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U20 Avropa çempionatı davam edir.

NOCOMMENT.az xəbər verir ki, qadın güləşçimiz Ruzanna Məmmədova (62 kq) finalda türkiyəli Özdenur Özmezlə qarşılaşıb.

Məmmədova Özmezə 6:0 hesabıyla qalib gələrək U20 Avropa çempionu olub.

Daha öncə qadın güləşçimiz Günay Qurbanova (59 kq) U20 Avropa çempionatının gümüş medalını qazanıb.