ABŞ-nin Hörmüz boğazı ilə bağlı bəyanatına İrandan cavab: “İmkan verməyəcəyik”

ABŞ-nin Hörmüz boğazı ilə bağlı bəyanatına İrandan cavab: “İmkan verməyəcəyik”

İran silahlı qüvvələri ABŞ-nin Hörmüz boğazının idarə olunmasına müdaxilə etməsinə icazə verməyəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İran hərbi komandanlığının "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahı bəyan açıqlama yayıb.

"Biz heç bir şəraitdə ABŞ-nin Hörmüz boğazının idarə edilməsinə müdaxilə etməsinə imkan verməyəcəyik", — deyə nəşrdə qeyd olunub.


Qərargahdan bildirilib ki, İranın müəyyən etdiyi marşrutlardan kənara çıxan və icazəsiz fəaliyyət göstərən ABŞ hərbçiləri qətiyyətli müqavimətlə üzləşəcəklər.

Xatırladaq ki, iyulun 13-də Amerika lideri ABŞ-nin Hörmüz boğazını nəzarətə götürdüyünü bəyan edib.