Trampla bu əməkdaşlığı davam etdirəcəm - Ərdoğan

Trampla bu əməkdaşlığı davam etdirəcəm - Ərdoğan

Bölgədə sülhün qorunması üçün ABŞ Prezidenti Donald Tramp ilə əməkdaşlıq davam etdiriləcək.

NOCOMMENT.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan Trampın Türkiyəyə səfərinin əhəmiyyətli olduğunu qeyd edib:

“Biz Prezident Tramp ilə Türkiyə-ABŞ münasibətlərinin daha da möhkəmləndirilməsi, ikitərəfli ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılması istiqamətində birgə fəaliyyətimizi davam etdirəcəyik”.