ABŞ Ukrayna ilə bağlı yeni planı Avropadan gizlədir – Şok səbəb  

ABŞ Ukrayna ilə bağlı yeni planı Avropadan gizlədir – Şok səbəb  

Avropa rəsmiləri ABŞ-nin Ukrayna ilə bağlı Vaşinqton və Kiyev arasında aparılmış danışıqlardan sonra hazırladığı yenilənmiş planın Qərbdən gizli saxlanılmasından narazıdırlar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.

“Bu, diplomatik baxımdan presedentsiz bir vəziyyətdir. Heç birimiz bu sənədlə tanış deyilik,” – deyə Avropa diplomatı bildirib.

O vurğulayıb ki, sənədin məzmunu qəsdən gizli saxlanılır:

“Bu addım, ABŞ-nin əvvəlki 28 maddəlik planının mətbuata sızmasından sonra yaranan səs-küyün təkrarlanmaması üçün atılıb”.