ABŞ və İsrail HƏRƏKƏTƏ keçdi - bu ərazilər işğal ediləcək

ABŞ və İsrail HƏRƏKƏTƏ keçdi - bu ərazilər işğal ediləcək

İran parlamentinin deputatı Kamran Qazanfari ABŞ və İsrailin bölgədə genişmiqyaslı hərbi əməliyyat planlaşdırdığını iddia edib. O, bu əməliyyatın İranın cənubunda yerləşən strateji adaların işğalını əhatə edə biləcəyi barədə xəbərdarlıq edib.

NOCOMMENT.az xəbər verir ki, millət vəkili mövcud vəziyyəti təhlükəli adlandıraraq hərbi hazırlıqların artdığını qeyd edib: "Faktlar və əlamətlər göstərir ki, ABŞ və İsrail irimiqyaslı əməliyyat planlaşdırır. Ehtimal olunur ki, onlar bizim bəzi cənub adalarımızı ələ keçirmək niyyətindədirlər. Artıq regiona böyük miqdarda qoşun və hərbi texnika cəmləşdirirlər".

Qazanfarinin sözlərinə görə, bu addımlar regionda gərginliyi pik həddə çatdırır və İranın ərazi bütövlüyünə qarşı birbaşa təhdid formalaşdırır. Rəsmi Tehranın bu iddialarla bağlı hələlik genişmiqyaslı bəyanat verməməsinə baxmayaraq, deputatın bu çıxışı İran daxilində və beynəlxalq mediada geniş rezonans doğurub. ABŞ və İsrail tərəfi isə bölgədəki hərbi aktivliyin müdafiə və sabitliyin qorunması məqsədi daşıdığını bildirir.

Sara,
NOCOMMENT.az