Qanunsuz saxlanılan silah-sursat aşkarlandı

Qanunsuz saxlanılan silah-sursat aşkarlandı

Avqustun 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 qumbara, 2 mərmi və 8 ədəd patron aşkar edərək götürüblər.

NOVOMMENT.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.