ABŞ və İsrailin İrana Hücumundan Sonra Azərbaycana bu qədər adam Təxliyə Olundu – YENİLƏNİB

ABŞ və İsrailin İrana Hücumundan Sonra Azərbaycana bu qədər adam Təxliyə Olundu – YENİLƏNİB

15-ə yaxın Rusiya Federasiyası vətəndaşı təxliyə olunub.

NOCOMMENT.az xəbər verir ki, bu saatlarda 15-ə yaxın Rusiya Federasiyası vətəndaşı Astara SGK məntəqəsindən Azərbaycan tərəfə keçidi təmin olunub.

Aleksandr Davıdov bildirib ki, işlə bağlı İranda idik. “İran tərəfdə heç nə görmədik. Sərhədi keçdik. Azərbaycan bizi yaxşı qarşıladı. İsti çay, şirniyyat verdilər. Buna görə təşəkkür edirik”.

Hazırda Astara SGK məntəqəsində təxliyə davam edir.

***

Axşam saatlarında Astara Sərhəd Gömrük Keçid Məntəqəsindən təxliyə prosesi davam etdirilir.

NOCOMMENT.az xəbər verir ki, hazırkı məlumata görə, 20-yə yaxın Pakistan və iki Tacikistan vətəndaşının keçidi təmin olunub.

Tacikistan vətəndaşı, cərrah həkim Avaz Nazarov bildirib ki, o, xəstə aparmaq və əməliyyat həyata keçirmək üçün Tehrana gedibmiş.

“Müharibə başladı. Hər yeri vurdular. Biz də qayıdıb gəldik”, – deyə o bildirib.

Hazırda sərhəd-keçid məntəqəsində təxliyə prosesi davam edir.

***
ABŞ və İsrailin İrana zərbə endirməsi ilə bağlı yaranmış vəziyyət fonunda 28 fevral saat 08:00-dan bu gün saat 12:00-dək təxliyə prosesi həyata keçirilib.
NOCOMMENT.az xəbər verir ki, məlumata görə, bu müddət ərzində Astara sərhəd-keçid məntəqəsi vasitəsilə ölkəyə:
•60-a yaxın Azərbaycan vətəndaşı,
•1 nəfər İtaliya vətəndaşı,
•5 nəfər Tacikistan vətəndaşı,
•18 nəfər Səudiyyə Ərəbistanının diplomatik nümayəndəsi,
•Polşa və Çin səfirliklərinin əməkdaşları,
•4 nəfər Qətərin əlavə texniki işçisi,
•17 nəfər digər xarici vətəndaş (Braziliya, Polşa, Çin, Nepal, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Fransa və Tunis vətəndaşları) daxil olub.
Təxliyənin təhlükəsizlik səbəbilə həyata keçirildiyi bildirilib. Ölkəyə daxil olan şəxslərin vəziyyətinin qənaətbəxş olduğu qeyd olunur.
Məsələ ilə bağlı rəsmi qurumların əlavə açıqlama verəcəyi gözlənilir.
12:41
28 fevral saat 08:00-dan bu gün saat 12:00-dək ABŞ və İsrailin İrana zərbə endirməsi fonunda təxliyə əməliyyatı həyata keçirilib.
NOCOMMENT.az xəbər verir ki, bu müddət ərzində Astara sərhəd-keçid məntəqəsi vasitəsilə ölkəmizə təxminən:
•60 nəfər Azərbaycan vətəndaşı,
•1 nəfər İtaliya vətəndaşı,
•5 nəfər Tacikistan vətəndaşı,
•18 nəfər Səudiyyə Ərəbistanı diplomatik nümayəndəsi daxil olub.
Əməliyyatın təhlükəsizlik və humanitar səbəblərlə həyata keçirildiyi bildirilib və təxliyə olunan şəxslərin hamısının vəziyyəti normaldır.