ABŞ və Ukrayna arasında bazar günü keçirilən danışıqların mərkəzində Rusiya ilə mümkün sülh sazişi çərçivəsində faktiki sərhədin müəyyən edilməsi məsələsi dayanıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Axios nəşri ukraynalı rəsmilərə istinadən məlumat yayıb.
Məlumata görə, Vaşinqton Kiyevdən hazırda nəzarətində saxladığı bəzi ərazilərdən imtina etməyi istəyir.
ABŞ hesab edir ki, bu addım Moskvanı sülh razılaşmasına razı salmağın əsas şərtlərindən biridir. Lakin nəşr yazır ki, belə bir güzəşt Ukrayna üçün “ağrılı və siyasi baxımdan partlayıcı” nəticələr doğura bilər.
Ukraynalı rəsmilərdən biri Axios-a açıqlamasında qeyd edib:
“Əsas sual budur ki, Rusiyanın mövqeyi nədir və onların niyyətləri reallığa uyğundurmu… Uitkoff Moskvadan nə gətirəcək – bax, bunu görəcəyik.”
Danışıqlar davam edir və tərəflərin mövqeləri hələlik tam açıqlanmır.












