Aİ Ukraynanın güzəştləri ilə bağlı bəyanat yayıb

Aİ Ukraynanın güzəştləri ilə bağlı bəyanat yayıb

 Avropa bir daha Ukraynanın guya ədalətsiz güzəştləri barədə danışıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Sky News məlumat yayıb.

“Biz hamımız istəyirik ki, bu müharibə bitsin, amma önəmli olan onun necə başa çatmasıdır. Rusiyanın hər hansı güzəşt tələb etməyə qanuni haqqı yoxdur”, – o deyib.

Bundan əvvəl ABŞ prezidenti Donald Trampın administrasiyası Ukrayna münaqişəsinin həlli üçün sülh planı hazırlayıb.

Sənəddə Ukraynanın NATO-ya üzv olmaqdan imtinası və Rusiyanın Krımı, Donetsk və Luqansk Xalq Respublikalarını və bir sıra digər əraziləri tanıması da daxil olmaqla 28 bənd var. Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, bu sənəd Ukraynadakı münaqişənin yekun həlli üçün əsas yarada bilər.