“SpaceX” özünüinkişaf edən Ay şəhərinin yaradılmasına yönəlib və bu layihə on ildən də az müddətdə həyata keçirilə bilər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “SpaceX” şirkətinin təsisçisi İlon Mask bildirib.
Onun sözlərinə görə, logistika baxımından Ay layihəsi Marsla müqayisədə daha realdır: Aya uçuşlar hər 10 gündə bir mümkündür və təxminən iki gün çəkir, Marsa missiyalar isə yalnız 26 aydan bir baş tutur və təxminən altı ay davam edir.
Mask qeyd edib ki, Marsda şəhərin inşası da planlarda qalır və 5–7 ildən sonra başlaya bilər. Lakin hazırda əsas prioritet Ay hesab olunur — bu, “sivilizasiyanın gələcəyini təmin etməyin” daha sürətli yoludur.
“”SpaceX”in missiyası dəyişməzdir — şüuru və həyatı ulduzlara yaymaq”, — deyə o, X platformasında yazıb.
Aliyə












