Bəsic komandiri və müavini öldürüldü

Bəsic komandiri və müavini öldürüldü

İsrail Müdafiə Qüvvələrinin (IDF) İranda gecə saatlarında keçirilən hücumunda Bəsic yarımhərbi qüvvələrinin komandiri Qulamrza Süleymani öldürülüb. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə IDF məlumat yayıb.

Qeyd olunur ki, Süleymani Bəsic tərəfindən qurulan çadır düşərgəsində olarkən hədəfə alınıb. Bundan əlavə, İsrail Müdafiə Qüvvələrinin verdiyi məlumata görə, zərbə nəticəsində Bəsic komandirinin müavini və hərbiləşdirilmiş qüvvələrin digər yüksək vəzifəli şəxsləri də həlak olub.

Qeyd edək ki, İsrailin müdafiə naziri İsrael Kats İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin Tehrana hava hücumu zamanı öldürüldüyünü təsdiqləmişdi. İran tərəfi isə məlumatı təkzib edib.