“Biz bu məsuliyyətə hazırıq” - Prezidentdən ÖNƏMLİ AÇIQLAMA

“Biz bu məsuliyyətə hazırıq” - Prezidentdən ÖNƏMLİ AÇIQLAMA

“Bu gün biz Sizinlə qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsinə birgə səylərimizi bir daha nümayiş etdirərək, dövlətlərarası münasibətlərimizi ən yüksək səviyyəyə qaldırdıq”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan
Prezidenti Sadır Japarov ilə mətbuata birgə bəyanatında bildirib.

“Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə - həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik”, - dövlət başçısı vurğulayıb.