Ağcabədidə itkin düşən şəxsin avtomobili su kanalında tapıldı

Ağcabədidə itkin düşən şəxsin avtomobili su kanalında tapıldı

Ağcabədidə kişi itkin düşüb.

NOCOMMENT.az xəbər verir ki, Laçın rayonu, Yığın kənd sakini Əsədov Adil Əsəd oğlu iyulun 25-də itkin düşüb.

Faktla bağlı keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ona məxsus "Mercedes-Benz" markalı avtomobil iyulun 30-da Yuxarı Qarabağ su kanalının Ağcabədi rayonu Qaradolaq kəndi ərazisindən keçən hissəsində aşkar edilib.

Hazırda faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.\\oxu.az