İtkin düşən 8 nəfər xilas edildi

İtkin düşən 8 nəfər xilas edildi

Lənkəran rayonunun İstisu qəsəbəsində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə itkin düşən vətəndaşlar xilas edilib.

NOCOMMENT.az bildirir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinin məlumatına görə, Nazirliyin Cənub Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.

Xilasedicilər tərəfindən aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində çətin keçidli dağlıq-meşəlik ərazidə yolunu azaraq itkin düşən 8 nəfərin yeri müəyyən edilərək xilas olunub.

Qeyd edək ki, axtarışlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli kənd sakinləri də cəlb olunub.