Britaniya ordusu Rusiyaya qarşı hərəkətə keçdi - Yeni müharibə…

Britaniya ordusu Rusiyaya qarşı hərəkətə keçdi - Yeni müharibə…

Böyük Britaniya Silahlı Qüvvələri Rusiya hərbi-iqtisadi mexanizminin ən mühüm rıçaqlarından biri hesab olunan "kölgə donanması"na qarşı dənizdə xüsusi hərbi əməliyyat keçirib. Strategiya baxımından mühüm sayılan La-Manş boğazında neft daşıyan tanker rəsmən mühasirəyə alınaraq saxlanılıb.

NOCOMMENT.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, Britaniya ordusu sanksiyalardan yayınaraq Rusiya neftini daşıyan və gizli fəaliyyət göstərən növbəti nəhəng tankeri boğazda operativ şəkildə ələ keçirib. Hadisə Qərb tərəfindən Rusiyanın dəniz loqistikasına endirilən ən kəsərli zərbələrdən biri kimi qiymətləndirilir.

Məsələ ilə bağlı Böyük Britaniyanın Baş naziri Kir Starmer rəsmi bəyanatla çıxış edib. Baş nazir keçirilən dəniz əməliyyatının rəsmi Londonun qətiyyətini nümayiş etdirdiyini bildirərək bu sözləri vurğulayıb:

"Bu uğurlu əməliyyat Rusiyaya endirilən növbəti güclü zərbə, eyni zamanda Ukraynadakı hərbi əməliyyatları maliyyələşdirənlərə və ona gizli dəstək verənlərə qarşı kəskin bir xəbərdarlıqdır".

Hərbi-siyasi ekspertlər qeyd edirlər ki, rəsmi Londonun "kölgə donanması"na qarşı birbaşa hərbi rıçaqlardan istifadə etməyə başlaması, Rusiyanın enerji resurslarının qanunsuz satışından əldə etdiyi maliyyə zəncirini tamamilə qırmağa yönəlmiş strateji gedişdir.

Sara,

NOCOMMENT.az