Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində atəşkəs dövrü başlayandan bəri ilk dəfə olaraq raket təhlükəsi siqnalı verilib. Yerli hakimiyyət orqanları potensial raket zərbələri təhlükəsi ilə əlaqədar sakinləri təcili tədbirlər görməyə çağırıb.
NOCOMMENT.az xəbər verir ki, əhaliyə rəsmi kanallar vasitəsilə təhlükəsiz yerlərdə sığınacaq axtarmaq tövsiyə olunub. Şəhərin müxtəlif hissələrində həyəcan siqnallarının eşidildiyi və təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyəyə qaldırıldığı bildirilir.
Hələlik raketlərin haradan atıldığı və ya konkret hədəfin hara olduğu barədə rəsmi məlumat verilmir. Xatırladaq ki, bu, bölgədə nisbi sakitlik yaradan son atəşkəs razılaşmasından sonra baş verən ilk ciddi gərginlikdir. Vəziyyətin inkişafı ilə bağlı əlavə məlumatlar gözlənilir.
Sara,
NOCOMMENT.az











