Trampdan ŞOK XƏBƏRDARLIQ: "Artıq qərar verdim, bombalayacağıq"

Trampdan ŞOK XƏBƏRDARLIQ: "Artıq qərar verdim, bombalayacağıq"

ABŞ Prezidenti Donald Tramp yaxın gələcəkdə aparılan danışıqlar real nəticə verməyəcəyi təqdirdə, İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilər. Bu barədə yüksək rütbəli amerikalı rəsmiyə istinadən "Axios" nəşri məlumat yayıb.

NOCOMMENT.az xəbər verir ki, adının açıqlanmasını istəməyən rəsmi şəxs ABŞ Prezidentinin mövqeyini kəskin şəkildə ifadə edib: “Ya yaxın vaxtlarda əldə oluna biləcək sazişin real konturlarını görəcəyik, ya da o [Tramp] hər şeyi darmadağın edəcək”.

Məlumata görə, Prezident Tramp diplomatik kanalları açıq saxlasa da, İrana qarşı təzyiqləri davam etdirmək niyyətindədir. Rəsmi mənbələr bildirir ki, xüsusi nümayəndələr Kuşner və Uitkoff hələ də İranın xarici işlər naziri Abbas Araqçi ilə qarşılıqlı təkliflər mübadiləsini davam etdirirlər.

Bizim Telegram səhifəsinə abunə olun