Ermənistanda müxalifətə qarşı təzyiqlər davam edir. Bu dəfə "Daşnaksütyun" partiyasının rəhbər simalarından biri, deputat İşxan Saqatelyanın yaşadığı ünvanda hüquq-mühafizə orqanları tərəfindən axtarış tədbirləri həyata keçirilir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə "Ermənistan" fraksiyasının deputatı Geqam Manukyan məlumat yayıb. Manukyan bildirib ki, həm o özü, həm də vəkil Sergey Arutyunyanın mənzilə daxil olmasına icazə verilmir.
Hələlik hüquq-mühafizə orqanlarının hansı səbəbdən və hansı cinayət işi çərçivəsində bu addımı atdığı barədə rəsmi məlumat verilməyib.
Xatırladaq ki, İşxan Saqatelyan Ermənistan Ali Orqanının "Daşnaksütyun" təmsilçisi və keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi "Ermənistan" fraksiyasının üzvüdür.
Əli Səfərli,
NOCOMMENT.az












