Xalq artisti Aygün Kazımova ötən gün növbəti konsert proqramı ilə səhnəyə çıxıb.
NOCOMMENT.az xəbər verir ki, gecə ərzində tamaşaçılara sürpriz edən sənətçi müğənni Samir Bağırovu səhnəyə dəvət edib.
Aygün Kazımova çıxışı zamanı Samir Bağırovla yeni duet üzərində çalışdıqlarını açıqlayıb.
Sənətçilər konsert zamanı illər əvvəl birlikdə ifa etdikləri “Bir daha” mahnısını da səsləndiriblər.












